Simsar.az | bizi özünüzə Simsar bilin
İran, Bəhreyn, Yəmən...

Hər üç ölkədə etiraz aksiyaları keçirilir.

Simsar.az xəbər portalı TRT-yə istinadən bildirir ki,  Misirdən Hüsnü Mübarəkin istefası ilə nəticələnən xalq hərəkatı qonşu ölkələri də hərəkətə gətirib. İranda bu gün müxalifətin mitinqi planlaşdırılır. Bu saatlarda mitinqin başlanması gözlənilir, ancaq hökumət aksiyanın qarşısının alınacağını bəyan edib.

Polisin aksiyanın təşkilatçılarından olan Mir Hüseyn Musəvinin telefonlarını kəsdiyi və evini mühasirəyə aldığı bildirilir. Mehdu Kərrubi də daxil olmaqla digər müxalifət liderləri isə keçən həftənin dördüncü günündən ev həbsində saxlanılırlar.

Bəhreyndə müxalifətin çağırışı ilə "Qəzəb günü" aksiyası planlaşdırılır. Aksiyadan öncə polislə nümayişçilər arasında toqquşma olub. Təhlükəsizlik qüvvələri ölkənin cənub-qərbindəki Karzakan şəhərindəki bir şiə kəndində baş verən toqquşmada gözyaşardıcı qaz və plastik güllədən istifadə edib. Olayda yaralananların olduğu bildirilir.

Qeyd edək ki, Bəhreyndə çoxşuqdakı şiələr iqtidardakı sünni ailəsini onlara qarşı sistemli ayrı-seçkilik etməkdə suçlayırlar. Bəhreyn Kralı Həmad Bin İsa Əl Xəlifə gərginliyi azaltmaq üçün hər ailəyə 2650 dollar verəcəyini açıqlayıb, hökumət isə keçən ilki təhlükəsizlik əməliyyatlarında həbs edilən, yaşı 18-dən az olan uşaqların azadlığa buraxılacağını vəd edib.

Yəməndə isə mindən çox müxalifətçi baş nazir Əli Abdullah Salehin istefası və islahatların həyata keçirilməsi tələbi ilə aksiya keçirib. Universitet tələbələri, insan haqları müdafiəçiləri və vəkillər paytaxt Sənada yürüşə çıxıblar.

15 Fevral, 2011  02:04 Baxılıb: 1789
Teqlər :

Bu bölmədə