Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycanda rəqəmli radio-televiziya avadanlıqları istehsal ediləcək

Azərbaycanın müəssisələrində rəqəmli radio-televiziya avadanlıqlarının istehsalı həyata keçiriləcək. Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Hökumətin təsdiq etdiyi "Azərbaycan Respublikasının ərazisində DVB-T rəqəmli televiziya yayım sisteminin tətbiqi və inkişafı Proqramı"nda Müdafiə Sənayesi Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə ölkə ərazisində rəqəmli radio-televiziya ötürücü və qəbuledici, çevirici avadanlıqlarının ölkədə istehsalı üçün təkliflər hazırlanmaq və həyata keçirmək tapşırılıb.

Bundan başqa, proqram çərçivəsində müvafiq dövlət qurumlarına teleradio yayımçıları ilə bir yerdə rəqəmli yayımın istismarı və tələb olunan avadanlıqların istehsalı ilə bağlı aidiyyəti sahələr üzrə mütəxəssislər hazırlamaq tapşırığı da verilib.

15 Fevral, 2011  00:37 Baxılıb: 1833

Bu bölmədə