Simsar.az | bizi özünüzə Simsar bilin
Bakıya yeni işıq dirəkləri gətiriləcək

Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti paytaxtın yollarının işıqlandırılması üçün tuncdan hazırlanmış işıq dirəklərinin alınması üçün tender elan edib.

APA-nın məlumatına görə, departamentin rəsmi qəzetlərdə dərc olunmuş elanında inşaat və kommunal təyinatlı mal-materialların və məmulatların alınması da nəzərdə tutulub. Tenderdə iştirak haqqı 100 manat təşkil edir. Tender təkliflərinin verilməsi üçün son tarix aprelin 4-üdür. Tender proseduru aprelin 5-də departamentin binasında keçiriləcək.

15 Fevral, 2011  00:27 Baxılıb: 1808

Bu bölmədə