Simsar.az | bizi özünüzə Simsar bilin
Prokurorluq işçilərinə yolpulu ödəniləcək

Nazirlər Kabineti “Prokurorluq işçisinin və onun ailə üzvlərinin yeni qulluq keçmə yerinə köçməsi pulunun və birdəfəlik kompensasiyanın ödənilməsi Qaydası”nı təsdiq edib.

Qərar Nazirlər Kabinetinin internet saytında yerləşdirilib. Qaydalara əsasən köç pulu və birdəfəlik kompensasiyalar xüsusi və hərbi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan prokurorluq işçisinə və onun ailə üzvlərinə verilir. İşçiyə və onun ailə üzvlərinə yeni qulluq keçmə yerinə köçməsi ilə əlaqədar nəqliyyat xərci, yolda olan müddət üçün gündəlik xərc, ev əşyalarının (əmlakın) daşınması üçün nəqliyyat xərci, işçiyə birdəfəlik kompensasiya və işçinin ailə üzvlərinə birdəfəlik kompensasiya ödənilməlidir.

Prokurorluq işçisinə birdəfəlik kompensasiya yeni təyin olunduğu iş yerindəki bir aylıq vəzifə maaşının və bir aylıq rütbəyə görə əlavə haqqın məbləği qədər, ailə üzvlərinə isə köçüb gəldikləri günə işçinin bir aylıq vəzifə maaşından və bir aylıq rütbəyə görə əlavə haqdan hesablanacaq. Kompensasiya 50 kilometrdən çox yol qət etmək şərti ilə bir yaşayış məntəqəsindən digər yaşayış məntəqəsinə daimi qulluq yerinə getmək üçün işçiyə və onun ailə üzvlərinə ödəniləcək.

Yerdəyişmə və vəzifəyə təyin olunduqdan sonra işçi yeni qulluq keçmə yerində qulluğa başlamaqdan imtina etdikdə, onun özünə və ailə üzvlərinə ödənilmiş bütün xərclər geri qaytarılacaq, ya da onun pul təminatından tutulacaq.

Qərarın tam mətni ilə buradan tanış ola bilərsiniz

15 Fevral, 2011  00:18 Baxılıb: 1790

Bu bölmədə