Simsar.az | bizi özünüzə Simsar bilin
Mübarəkin Xırdalandakı abidəsi götürüləcək

Səfirlik Misir-Azərbaycan Dostluq Parkında başqa simvolun qoyulmasına razılığını bildirib

Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin Xırdalan şəhərində ucaldılan heykəli yaxın günlərdə söküləcək. Bu barədə Simsar.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub. Bildirilir ki, heykəl götürüləcək və yerinə Misirin müstəqillik simvollarından biri qoyulacaq. Çox güman ki, bu Misirin dövlət bayrağı olacaq. 
Qeyd edək ki, bir neçə il öncə Qahirə ilə rəsmi Bakı arasında imzalanan dostluq sazişlərindən biri Misirin Qalubiyyə vilayəti ilə Xırdalan şəhərinin dostlaşması ilə bağlı olub. İki ölkə arasında imzalanan memorandumdan sonra ulu öndər Heydər Əliyevin heykəli Qalubiyyə vilayətində ucaldılıb, Hüsnü Mübarəkin heykəli isə Xırdalanda, Misir-Azərbaycan Dostluq Parkında qoyulub.
Misirin keçmiş prezidenti Hüsni Mübarəyin xalq etirazlarının nəticəsi olaraq hakimiyyətdən devrilməsi onun Xırdalan şəhərindəki abidəsinin sökülməsini gündəmə gətirib.
Məlumatlara görə, Misirin Azərbaycandakı səfirliyi də abidənin dəyişdirilməsinə razılığını ifadə edib.



RUSLAN

14 Fevral, 2011  22:47 Baxılıb: 1707

Bu bölmədə