Əli Kərimlinin müşavirinə 10 illik həbs cəzası
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində AXCP sədri Əli Kərimlinin müşaviri Qabil Məmmədrzayev və digər 4 nəfərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Prosesdə təqsirləndirilən Hüseyn Qurbanov son söz deyib. O, hadisəni törətdiklərini etiraf edib. Bundan sonra hakimlər müşavirəyə yollanıblar. Müşavirədən sonra hakim hökmü elan edib. Hökmə əsasən, zərərçəkmiş şəxsin mənzilindən 200 min ABŞ dolları oğurlanması barədə qeyd təsdiqini tapmadığı üçün ittihamdan xaric edilib. Eyni zamanda evdən götürülən 5654 manat pulun və bir videokameranın zərərçəkmiş şəxsə qaytarılması barədə qərar qəbul olunub. Hökmə əsasən, Mirzə Ağayev, Qabil Məmmədrzayev, Racu Mehrəliyev və Elnur Mirzəliyev 10 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən şəxs Hüseyn Qurbanovun isə əvvəldən çəkilməmiş qalan cəzası ilə yeni cəza toplanmaq yolu ilə barəsində 10 il 10 ay 8 gün müddətinə azadlıqdan məhrum edilmə cəzası təyin olunub.
14 Fevral, 2011 21:25 ⁄ Baxılıb: 1684
Bu bölmədə19 Aprel, 2024 Mingəçevirdə 20 yaşlı oğlan bıçaqlandı18 Aprel, 2024 31 yaşlı kişi tövlədə özünü asdı17 Aprel, 2024 Aytən Səfərova yol qəzasına düşüb – Ölən var1 Mart, 2024 Göyçayda 1 nəfər kanalda batıb27 Fevral, 2024 Bakıda həkim sevgilisi ilə birgə xanımını döydü |