Simsar.az | bizi özünüzə Simsar bilin
İsrailin Azərbaycandakı səfiri: “Səfirliyimizin bağlanması logistika məsələləri ilə əlaqədardır”

“İsrailin Azərbaycandakı səfirliyinin bağlanması logistika məsələləri ilə əlaqədardır”. Bu açıqlamanı APA-ya İsrailin Azərbaycandakı səfiri Mixael Lavon Lotem verib.

O bildirib ki, logistika məsələləri ilə əlaqədar olaraq səfirlik fəaliyyət göstərmir: “Bu məsələlər öz həllini tapdıqdan sonra səfirlik öz fəaliyyətini bərpa edəcək”. 

Bu gün etibarlı mənbələrdən APA-ya məlum olub ki, İsrailin Azərbaycandakı səfirliyi ölkədə mümkün terror aktı ehtimalı ilə əlaqədar olaraq fəaliyyətini dayandırıb.

Xatırladaq ki, fevralın 11-də İsrailin terrorla mübarizə qərargahı ölkə vətəndaşlarına yaxın günlərdə səfər etməyi məsləhət bilmədiyi ölkələrin siyahısını açıqlayıb və bu siyahıda Azərbaycanın da adı var.

İsrail kütləvi informasiya vasitələrinin məlumatına görə, terror təhlükəsi “Hizbullah”ın liderlərindən İmad Muqniyənin ölümünün üçüncü ildönümü ilə əlaqədardır.

14 Fevral, 2011  20:43 Baxılıb: 1569

Bu bölmədə