Simsar.az | bizi özünüzə Simsar bilin
Diktatorun oğlanları bir-birlərini "qırır"

Onlar hakimiyyətin başqasına ötürülməsinə etiraz edirlər

Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin oğulları atalarının səlahiyyətlərini müavini Ömər Süleymana təhvil verdiyi ilə bağlı çıxışından sonra az qala yumruq davasına çıxıblar.

Bu barədə Misirin dövlət qəzeti “Əl Əkbər” yazıb. Qəzetdə bildirilib ki, Ala Mübarək siyasətlə məşğul olan kiçik qardaşı Camalın iş yoldaşlarını siyasətdə yüksəltməklə atasının hakimiyyətdəki sonuncu dövrünü məhv etməklə günahlandırıb: “Dostlarına yol açaraq ölkəni məhv etdin. Bax, bu da nəticəsi. Atanın həyatının sonlarını şərəflə keçirməsi əvəzinə onun imicinin bərbad etdin”.

Qəzet mübahisənin Mübarəkin vəzifəsinin böyük hissəsini müavini Ömər Süleymana təhvil verdiyini açıqladığı zamanı baş verdiyini yazıb. Hadisə Qahirədəki prezident iqamətgahında baş verib. Xəbərdə həmçinin yüksək səviyyəli rəsmilərin qardaşları ayırmaq üçün müdaxilə etdiyi qeyd olunub.

14 Fevral, 2011  17:19 Baxılıb: 1532

Bu bölmədə