Simsar.az | bizi özünüzə Simsar bilin
Hüsnü Mübarək komadadır?

Misirin sabiq prezidenti Hüsnü Mübarək komaya düşüb.

Simsar.Az xəbər portalının «Al Masry al Youm» qəzetinə istinadən verdiyi məlumata görə, bunu sabiq dövlət başçısına yaxın mənbə bildirib. Hazırda onun Şarm-əl-Şeyxdəki iqamətgahında həkim nəzarətində olduğu bildirilir. Onun xəstəxanaya yerləşdirilə biləcəyi xəbər verilir.

Xatırladaq ki, Mübarək Misirdə ötən ayın sonlarından başlamış kütləvi etiraz aksiyaları nəticəsində bir neçə gün əvvəl vəzifəsindən istefa vermək məcburiyyətində qalıb.

14 Fevral, 2011  15:03 Baxılıb: 1670
Teqlər :

Bu bölmədə