Simsar.az | bizi özünüzə Simsar bilin
İsrail ordusuna yeni komandan təyin olundu

İsrail kabineti ölkənin hırbi qüvvələrinə yeni rəhbərin təyinatını təsdiq edib.

Milli.Az xəbər portalı "Amerikanın səsi"nə istinadən bildirir ki, son addım İsrailin Yaxın Şərqdə siyasi qeyri-müəyyəlinliklə üzləşdiyi vaxta təsadüf edir.  General-Mayor Benni Qantz sabahdan etibarən General-Leytenant Qabi Aşkenazini əvəzləyəcək.

İsrail baş naziri Benyamin Netanyahu deyir ki, bu təyinat ölkənin müdafiə qüvvələrini regionda ciddi siyasi böhran zamanı stabilləşdirməyə xidmət edəcək.  Təyinatından bir neçə saat sonra Qantzın Misir prezidenti Hüsni Mübarəkin istefasından sonra regiona göndərilmiş ABŞ hərbi zabiti ilə görüşəcəyi gözlənilir.

14 Fevral, 2011  03:15 Baxılıb: 1599

Bu bölmədə