Simsar.az | bizi özünüzə Simsar bilin
Misir parlament və Konstitusiyasız qaldı

Ali Hərbi Şura keçid dövrünü elan etdi.

Milli.Az xəbər portalı "Əl Ərəbiyyə"yə istinadən bildirir ki, Misirdə parlamentin hər iki palatası buraxılıb, Konstitusiya Məhkəməsinin fəaliyyəti və Konstitusiyanın tətbiqi dayandırılıb. Ali Hərbi Şuranın qərarı belədir. Ölkədə ya 6 ay, ya da prezident seçkiləri keçirilənədək davam edəcək keçid dövrü elan olunub.

Bu gün isə fəhlələr, bank işçiləri, jurnalistlər və polislər Qahirə ilə yanaşı, digər şəhərlərin küçələrinə çıxaraq maaşların artırılmasını, iş şəraitinin yaxşılaşdırılmasını tələb ediblər.

Etiraz aksiyası keçirənlərə Misirin MENA dövlət informasiya agentliyinin əməkdaşları da qoşulublar: onlar artıq devrilmiş rejimin maraqlarını əks etdirən redaksiya siyasətinin dəyişdirilməsini tələb edirlər.

14 Fevral, 2011  02:44 Baxılıb: 1684
Teqlər :

Bu bölmədə