Simsar.az | bizi özünüzə Simsar bilin
Uşağı cərrahiyə stolunda yandırıblar!

Rusiyada qəribə olay baş verib.

Lent.az-ın “newsru.com” saytına istinadən verdiyi məlumata görə, yanvarın 28-də Maqnitoqorsk şəhər xəstəxanasında 10 yaşlı Yana Semino apendiksdən (kor bağırsağının qurdaoxşar çıxıntısı) cərrahiyə əməliyyat olunarkən onun bədəninin 10 faizi üçüncü dərəcəli yanıq xəsarəti alıb.

Əməliyyat zamanı qanaxmanı dayandıran aparatdan istifadə edilib. Ancaq əməliyyat zamanı bu aparatın qığılcımından 10 yaşlı qızın spirtlə yuyulmuş dərisi alışıb. Uşağın içəridən omba sümüyü yanıq xəsarəti alıb, eyni zamanda cinsi orqanı eybəcər hala düşüb. Yana artıq 5 gündür ki, reanimasiyadadır. Həkimlər bu məsələdə günahlarının olmadığını söyləyirlər.

Yananın anası Yuliya Minqazova deyib ki, cərrahlar ona yalvarıblar ki, heç yerə şikayət etməsinlər, uşağın səhhətini qaydasına salmaq üçün mümkün olan hər şeyi edəcəklər. Fevralın əvvəlində Yana Çelyabinskdəki xəstəxanaya köçürülüb. Vilayət Səhiyyə İdarəsinin rəis müavini Valentina Tsıqanova baş verən hadisədə həkimlərin günahının olmadığını bildirib. Ancaq təhqiqatçılar başqa fikirdədirlər və baş verən hadisədə həkimlərin nə dərəcədə günahının olub-olmadığını araşdırırlar.

13 Fevral, 2011  04:40 Baxılıb: 2140
Teqlər :

Bu bölmədə