Simsar.az | bizi özünüzə Simsar bilin
İraqda şiələrə qarşı törədilən terror aksiyasında 28 nəfər ölüb

İraqın Samarra şəhərində baş verən terror aksiyası nəticəsində 28 nəfər ölüb, 20-dən çox adam yaralanıb.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, terrorçu-kamikadze imam Həsən əl-Əsgərinin xatirəsinə həsr olunmuş mərasimlərə qatılmaq üçün Samarraya gəlmiş şiələri daşıyan avtobusun yaxınlığında özünü partladıb. Ölənlər arasında qadınlar və uşaqlar da var.

13 Fevral, 2011  01:06 Baxılıb: 2430

Bu bölmədə