Simsar.az | bizi özünüzə Simsar bilin
Davudoğlu Batumidə ilişib...

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Batumi şəhərindən Tbilisiyə uça bilmir.

Simsar.az-ın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, əlverişsiz hava səbəbindən təyyarə Batumi aeroportundan havaya qalxa bilmir. 

Bu səbəbdən də Əhməd Davudoğlunun gürcüstanlı həmkarı Qriqol Vaşadze ilə bu gün saat 11:00-a təyin olunmuş görüşü qeyri-müəyyən vaxta keçirilib.

12 Fevral, 2011  22:40 Baxılıb: 1555

Bu bölmədə