Simsar.az | bizi özünüzə Simsar bilin
Hüsnü Mübarək: “Misiri tərk etməyəcəm...”

“ABŞ-ı mövqeyi yalançı demokratiyaya cəhddir”

Misir prezidenti Hüsnü Mübarək istefa verməmişdən əvvəl ABŞ hakimiyyətinin Yaxın Şərqlə bağlı mövqeyini sərt tənqid edib. Simsar.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, bunu İsrail Knessetinin deputatı Binyamin Ben-Eliezer söyləyib. 


Hüsnü Mübarək ABŞ-ı mövqeyini “yalançı demokratiyaya cəhd” kim qiymətləndirib. Binyamin Ben-Eliezer deyib ki, Hüsnü Mübarək bunu istefasından əvvəl onunla telefon söhbətində bildirib. Hüsnü Mübarək həmin söhbətdə qeyd edib ki, ABŞ-ın siyasəti son nəticədə Yaxın Şərqdə ekstremizm və radikal islamın qalib gəlməsinə səbəb olacaq. O xatırladıb ki, İranda hakimiyyət dəyişikliyinə cəhd islam diktaturasının qurulmasına, Qəzzadakı seçkilər HƏMAS-ın qələbəsinə yol açıb.


Hüsnü Mübarək Binyamin Ben-Eliezerlə telefon danışığında onu da deyib ki, Misirdə olan inqilab dalğası Yaxın Şərq və Fars körfəzi ölkələrini də əhatə edəcək. Hüsnü Mübarək onu da bildirib ki, həyatı üçün təhlükə də yaransa, Misiri tərk etməyəcək.

12 Fevral, 2011  21:10 Baxılıb: 1609

Bu bölmədə