Simsar.az | bizi özünüzə Simsar bilin
“Yeni ulduz”- un qəbul etmədiyi iştirakçını “Eurovision”-a göndərirlər

Oqtay Əliyev: “Xalq tərəfindən ən çox səs toplayan iştirakçı, məhz İlhamə Qasımova idi”

“Fevralın 11-i Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində “Eurovision-2011” mahnı müsabiqəsinin milli final konsertinin nəticəsindən “SOY” kompaniyasının prezidenti Oqtay Əliyev də narazı qalıb. O.Əliyev hesab edir ki, xalq tərəfindən daha çox səs toplayan iştirakçı, “Yeni ulduz” mahnı yarışmasının qalibi İlhamə Qasımova olub. Oqtay Əliyev simsar.az-a bunları deyib:
-Mən İlhamə Qasımovanı favorit hesab edirdim. Təəssüf ki, finala vəsiqə qazana bilmədi. Amma xalq tərəfindən ən çox səs toplayan iştirakçı, məhz İlhamə Qasımova idi. Seçilən iki iştirakçını isə tanımıram. Daha doğrusu həmin iki iştirakçıdan biri Londonda yaşayıb, digəri isə iki dəfə atv-də yayımlanan “Yeni ulduz” müsabiqəsinə qatılsa da, yaş dövrü ilə əlaqədar səsi yerində olmadığından seçim turlarından keçə bilməyib. Təmsilçilərin Almaniyada keçiriləcək “Eurovison -2011” mahnı müsabiqəsində necə çıxış edəcəyi sual altındadır.

Aylin Həsənova

12 Fevral, 2011  20:43 Baxılıb: 2877

Bu bölmədə