Simsar.az | bizi özünüzə Simsar bilin
Pərviz Müşərrəfin həbsi barədə order verildi

Pakistanın Ravalpindi şəhər Antiterror Məhkəməsi ölkənin sabiq prezidenti Pərviz Müşərrəfin həbsi barədə order verib.

Pərviz Müşərrəf haqqında 2007-ci ildə sabiq baş nazir, müxalifət lideri Bənəzir Bhuttonun ölümü ilə bağlı həbs orderi verilib. 

Orderə görə, Pərviz Müşərrəf fevralın 19-dək məhkəmə qarşısına çıxarılmalıdır.

Qeyd edək ki, Pakistanın sabiq prezidenti hazırda Londonda yaşayır. Keçən il o, Pakistan siyasətinə dönəcəyini bəyan edib və öz siyasi partiyasını yaradıb. Məhkəmə Ravalpindi şəhərinin sabiq polis rəisi Saud Əzihin ifadəsinə əsaslanaraq Pərviz Müşərrəfin həbsi barədə qərar verib. Polis rəisi 2007-ci ilin dekabrında Bənəzir Bhuttoya sui-qəsddən əvvəl Pərviz Müşərrəfin əmiri ilə onun mühafizəçilərinin əvəzləndiyini söyləyib. Eyni zamanda hadisədən sonra Pərviz Müşərrəfin partlayış baş verən meydanın yuyulması barədə də əmr verdiyini bildirib. Bu da istintaq üçün dəlillərin toplanılmasını çətinləşdirib.

12 Fevral, 2011  19:39 Baxılıb: 1623

Bu bölmədə