Simsar.az | bizi özünüzə Simsar bilin
Kəmaləddin Heydərov Fransanın nəqliyyat məsələləri üzrə dövlət katibini qəbul edib

Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Fransanın nəqliyyat məsələləri üzrə dövlət katibi Tyeri Marianini qəbul edib.

Nazir respublikada fövqəladə halların idarə olunması sahəsində görülən işlər, Nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə məlumat verib. Həmçinin, müasir tələblərə cavab verən yeni texnika və avadanlıqların alınmasına xüsusi diqqət yetirən nazirliyin Fransanın müvafiq şirkətləri ilə əməkdaşlıqda maraqlı olduğu qonağın diqqətinə çatdırıb.

T. Mariani də öz növbəsində, Azərbaycanın aidiyyəti qurumları ilə əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsində maraqlı olduğunu, Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid sahələr üzrə əməkdaşlıq əlaqələrinin qurulmasının vacibliyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

12 Fevral, 2011  19:26 Baxılıb: 2818

Bu bölmədə