ATƏT PA vitse-prezidenti Əli Kərimli ilə görüşdü
Görüşdə Volfqanq Qrossrukın başçılıq etdiyi nümayəndə heyəti də iştirak edib Bu barədə APA-ya AXCP sədri özü məlumat verib. Onun sözlərinə görə, görüşdə 7 noyabr 2010-cu il tarixdə Azərbaycanda keçirilmiş parlament seçkiləri, seçkilərdən sonra yaranmış vəziyyət, ATƏT-in və başqa beynəlxalq təşkilatların bu seçkilərə münasibəti və digər məsələlər müzakirə olunub. Ə. Kərimli bir daha beynəlxalq təşkilatların hesabatına istinad edərək 7 noyabr parlament seçkilərinin beynəlxalq standartlara uyğun olmadığını ATƏT təmsilçilərinin diqqətinə çatdırıb. Ə. Kərimli görüşdə onu da deyib ki, ATƏT bir qayda olaraq seçkilərdən sonra seçki islahatları ilə bağlı tövsiyələr irəli sürsə də, bunlar sonradan kağız üzərində qalır: “Biz təklif etdik ki, bu tövsiyələrin yerinə yetirilməsi, xüsusilə də seçki komissiyalarının yenidən təşkil olunması və Seçki Məcəlləsinin pozitiv istiqamətə dəyişilməsi üçün addımlar atılsın. Ötən seçkilərdən sonra cənab Qrossrukun ATƏT-in fəaliyyətdə olan sədrinə yazdığı məktubdan Azərbaycan ictimaiyyətinin məyus olduğunu da onun diqqətinə çatdırdıq”.
12 Fevral, 2011 17:02 ⁄ Baxılıb: 1593
Bu bölmədə26 Aprel, 2024 İlham Əliyev Berlindədir17 Aprel, 2024 İlham Əliyev qəbul keçirdi |