Simsar.az | bizi özünüzə Simsar bilin
MSK Nursultan Nazarbaeyevin namizədliyini təsdiqlədi

Qazaxıstan Mərkəzi Seçki Komissiyası (MSK) hazırkı dövlət başçısı Nursultan Nazarbayevin prezidentliyə namizədliyini təsdiqləyib.

MSK bununla bağlı bu gün qərar verib. 

Qazaxıstan qanunlarına görə, ən azı 40 il Qazaxıstan vətəndaşı olan, son 15 ildə ölkə ərazisində yaşayan və qazax dilini bilən şəxs prezident seçkilərində iştirak edə bilər. Nursultan Nazarbayev fevralın 11-də qazax dilindən uğurla imtahan verib. Bundan sonra ona imza vərəqələri verilib.

Qeyd edək ki, Qazaxıstanda növbəti prezident seçkiləri aprelin 3-də keçiriləcək. Nursultan Navzarbayev indiyə qədər 4 dəfə seçkilərdə qalib gəlib.

12 Fevral, 2011  15:51 Baxılıb: 1516

Bu bölmədə