Rusiya eksperti Andrey Ryabov: "Dağlıq Qarabağın açarı Rusiyada deyil"
"Dağlıq Qarabağın açarı Rusiyada deyil." APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Moskva Karnegi Mərkəzinin aparıcı eksperti Andrey Ryabov APA-ya açıqlamasında bildirib. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan danışıqlara girib, razılığa gələ bilmirlər. Amma Dağlıq Qarabağ münaqişəsinin həllinin Rusiyanın əlində olması düz deyil. "Xeyr, bu belə deyil. İş ondadır ki, Ermənistan və Azərbaycan öz aralarında razılığa gələ bilmirlər. Bu, belə görünür. Qarabağın mövqeyi hərdən İrəvanın mövqeyi ilə də üst-üstə düşmür. Maraqlı odur ki, Bakı ilə İrəvan arasında əlaqələri yaxşı saxlamaq lazımdır. Bu sahədə Rusiya liderlik rolunu oynamaq istəyir. Ona görə də həmişə çalışır ki, hər iki dövlət arasında ölkə prezidentləri səviyyəsində görüşlər keçirilsin, çox sənədlər qəbul edilsin, imzalar atılsın. Lakin bu sənədlərdə göstərilənləri həyata keçirmək üçün resurs yoxdur. Resurs-hər iki xalqdır, onun əhval-ruhiyyəsidir. Əlbəttə, Ermənistan-Türkiyə dialoqu da bu məsələdə böyük rol oynayır. Əgər bu dialoqun nəticəsi olarsa, əlbəttə, nəyəsə nail olmaq mümkündür. Lakin Qarabağın açarının Rusiyada olması sözü şişirdilmiş sözdür. Mən bilirəm ki, Bakıda da belə düşünürlər. Bu, belə deyil".
12 Fevral, 2011 04:20 ⁄ Baxılıb: 1638
Bu bölmədə26 Aprel, 2024 İlham Əliyev Berlindədir17 Aprel, 2024 İlham Əliyev qəbul keçirdi |