Simsar.az | bizi özünüzə Simsar bilin
Misir prezidenti Hüsni Mübarək istefa etdi

Qətərin Əl-Cəzirə televiziyasının verdiyi məlumata görə, Misir prezidenti Hüsni Mübarək istefa edib.

Yanvarın 25-də Misirdə sonradan kütləvi iğtişaşlara çevrilən hökumət əleyihə aksiyalar keçirilməyə başlayıb. Azı 300 nəfər həlak olub, orta hesabla 5 min nəfər xəsarət alıb. Nümayişçilər Qahirənin Təhrir meydanına yığışmaqda və Mübarəkin dövlət başçısı vəzifəsindən getməsini tələb etməkdə davam edirdilər.

12 Fevral, 2011  01:15 Baxılıb: 1778
Teqlər :

Bu bölmədə