Simsar.az | bizi özünüzə Simsar bilin
"Min təyyarəyə, səfeh"

Tunisin qaçan prezidenti təyyarəyə minmək istəməyincə həyat yoldaşından bu sözləri eşidib.

Milli.Az xəbər portalı TRT-yə istinadən bildirir ki, İngiltərənin "Daily Telegraph" qəzeti müxalifətin keçirdiyi aksiyalar nəticəsində ölkəsindən qaçmağa məcbur olan Tunisin keçmiş prezidenti Zeynəlabdin Bin Əlinin Səudiyyə Ərəbistanına getmədən öncəki son anlarında yaşananları yazıb.

Adı açıqlanmayan Hava Qüvvələri rəsmisinin şahidliyinə əsaslanan xəbərə görə, Bin Əli hava limanında təyyarəyə minmək istəməyib. Ancaq həyat yoldaşı Leyla "Min təyyarəyə, səfeh. Bütün həyatım sənin axmaqlıqlarına dözməklə keçdi" deyə ona bağırıb.

Bin Əli "Yox, mən qalıb ölkəm üçün ölmək istəyirəm" dediyi zamansa polis rəisi Əli Şəriati "Allah eşqinə, min" deyə onu təyyarənin pilləkanlarına tərəf itələyib.

12 Fevral, 2011  00:35 Baxılıb: 1679
Teqlər :

Bu bölmədə