Simsar.az | bizi özünüzə Simsar bilin
Ermənistanda narkotiklərin qanunsuz dövriyyəsi 2 dəfə artıb

Ötən il Ermənistanda narkotiklərin qanunsuz dövriyyəsilə bağlı 1524 fakt qeydə alınıb.

Milli.Az xəbər portalının tert.am saytına istinadən verdiyi məlumata görə, nəticədə hüquq-mühafizə orqanları ayrı-ayrı şəxslərdən 126 kiloqram 521 qram narkotik götürüb. 2009-cu ildə bu 56 kiloqram 762 qram olub.

Baş prokurorun müavini Aram Tamazyan götürülmüş narkotik maddələr arasında 2 milyon dollar dəyərində 7 kiloqram heroin və 5 kiloqram  tiryək də olduğunu söyləyib.

Tamazyan ölkədə narkotik maddə qəbul edən şəxslərin sayının da durmadan artdığını etiraf edib. Ötən il narkotiklərin qanunsuz dövriyyəsilə məşğul olanların 21-i qadındır.

12 Fevral, 2011  00:19 Baxılıb: 1787
Teqlər :

Bu bölmədə