AXCP Müsavat Partiyası ilə müttəfiqlik sazişi imzalamağa ehtiyac görmür
“7 noyabr parlament seçkiləri ərəfəsində AXCP ilə Müsavat Partiyası arasında birgə seçki bloku qurularaq müttəfiqlik münasibətləri yaranmışdı. AXCP-nin qurultayında isə Müsavat Partiyası ilə birləşmək barədə qərar qəbul olundu. Biz qərar verdik ki, Müsavatla mövcud müttəfiqlik münasibətləri bu partiyanın qurultayına qədər davam etdirilsin. Biz müttəfiqlikdən daha üstün inteqrasiya forması kimi partiyaların birləşməsini vacib saydıq”. Bu sözləri APA-ya açıqlamasında AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyib. Müsavat Partiyasının başqanı İsa Qəmbərin fikirlərinə münasibət bildirən F. Qəhrəmanlı xatırladıb ki, AXCP Rəyasət Heyətində iki partiyanın əməkdaşlığı mövzusunda müzakirələr aparılıb və Müsavat Partiyası ilə müttəfiqlik münasibətlərini davam etdirmək qərarı verilib: “Ona görə də yeni bir saziş imzalanmasına ehtiyac görmədik. Çünki bizim belə bir daxili inamımız olub ki, Müsavat Partiyasının qurultayında birləşməklə bağlı pozitiv qərar qəbul oluna bilər. Ona görə də aramızda olan müttəfiqlik münasibətlərinə dair müqavilə imzalamağa lüzum görməmişik. Hesab etmişik ki, biz onsuz da müttəfiqik, münasibətlərimiz qalır, bununla bağlı AXCP Rəyasət Heyətinin və Müsavat Məclisinin ayrı-ayrılıqda qərarı, münasibəti var”.
11 Fevral, 2011 20:43 ⁄ Baxılıb: 1980
Bu bölmədə26 Aprel, 2024 İlham Əliyev Berlindədir17 Aprel, 2024 İlham Əliyev qəbul keçirdi |