Simsar.az | bizi özünüzə Simsar bilin
Derbi üçün Vüsal Əliyevdən başqa hakim tapılmır

Fariz Yusifova isə oyun verilmir

Futbol üzrə Unibank Premyer Liqasında XX turun oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb. Lent.az-ın məlumatına görə, son illərin ən prinsipial rəqibləri sayılan “Neftçi” və “Xəzər Lənkəran” komandaları arasında keçiriləcək qarşılaşma yenə Vüsal Əliyevə həvalə edilib. 

Halbuki Əliyev bu komandaların ilk dövrədə Lənkərandakı görüşünün də baş hakimi olub. Həmin qarşılaşmada “Xəzər Lənkəran” qalib gəlib. Digər beynəlxalq dərəcəli futbol hakimlərimizdən Anar Salmanov “Bakı” – “Muğan” görüşünü idarə edəcək. Fariz Yusifova isə heç bir oyun verilməyib. Əvəzində futzal üzrə FİFA referisi Elçin Məmmədov “Qarabağ” – “Qəbələ” matçında əsas, çimərli futbolu üzrə beynəlxalq dərəcəli referi Əfqan Həmzəyev isə AZAL – “Gəncə” oyununda ehtiyat hakim olacaq.

12 fevral (şənbə)
15:00. AZAL (Bakı) – “Gəncə”
Hakimlər: Elnur Muradov, Ramiz Əsədov, Munis Abdullayev, Əfqan Həmzəyev
“Şəfa” stadionu.

18:30. “Bakı” – “Muğan” (Salyan)
Hakimlər: Anar Salmanov, Azər Əsgərov, Mübariz Haşımov, Elvin Əsgərov
Tofiq Bəhramov adına Respublika stadionu.

13:30. MOİK (Bakı) – “Turan” (Tovuz)
Hakimlər: Ramil Diniyev, Azad Q. Hüseynov, Habil Əliyev, Feyzulla Feyzullayev
“Bakı” klubunun təlim-məşq bazasının stadionu.

13 fevral (bazar)
18:00. “Neftçi” (Bakı) – “Xəzər Lənkəran”
Hakimlər: Vüsal Əliyev, Elman Musayev, Vaqif Musayev, Əliyar Ağayev
Tofiq Bəhramov adına Respublika stadionu.

16:00. “İnter” (Bakı) – “Simurq” (Zaqatala)
Hakimlər: Rövşən Əhmədov, Elşən Acalov, Rza Məmmədov, Fuad Həsənov
“Şəfa” stadionu.

14:00. “Qarabağ” (Ağdam) – “Qəbələ”
Hakimlər: Elçin Məmmədov, Roman Vasilyev, Mehman Mahmudov, Rauf Cabbarov
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu.

11 Fevral, 2011  20:10 Baxılıb: 1636

Bu bölmədə