“ÖLKƏ RƏHBƏRLİYİ, MİLLİ MƏCLİS RƏHBƏRLİYİ BUNA DİQQƏT YETİRSİN, OSMAN KAZIMOVUN HÜQUQLARI DƏRHAL BƏRPA OLUNSUN”
Parlamentin 11 fevral iclasında danışan müxalif deputat Qüdrət Həsənquliyev Müsavat Partiyası Divanının üzvü, tanınmış vəkil Osman Kazımovun məsələsinə toxunub. Ötən həftə Vəkillər Kollegiyasının Rəyasət Heyəti Osman Kazımovun kollegiya üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət qərarı verib. Qüdrət Həsənquliyev vəkil Osman Kazımovla bağlı qərarın ictimaiyyəti narahat etdiyini vurğulayıb: “Vəkillər tez-tez müstəntiqlərdən şikayət edirlər. Bu şikayətlər əsasında müstəntiqlər vəzifədən azad edilsəydi, onda ölkədə müstəntiq qalmazdı. İstintaq orqanlarının rəhbərləri hansı müstəntiqdən şikayət daxil olan kimi onu vəzifədən azad edir?
11 Fevral, 2011 19:43 ⁄ Baxılıb: 1614
Bu bölmədə17 Aprel, 2024 İlham Əliyev qəbul keçirdi14 Mart, 2024 Erməni qoşunları bu kəndlərdən çıxarılır |