Azərbaycan DİN İsrailin çağırışına münasibət bildirib
Daxili İşlər Nazirliyi İsrailin Azərbaycanda gözlənilən terror təhlükəsi ilə əlaqədar vətəndaşlarını bu ölkəyə səfər etməməyə çağırışına münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-ya açıqlamasında bildirib ki, bu gün Azərbaycanda əməliyyat şəraiti və kriminogen durum tam nəzarət altındadır. O, bir daha bəyan edib Azərbaycanda bütün səfirliklərin və diplomatik nümayəndəliklərin, eləcə də onların akkreditə olunmuş əməkdaşlarının təhlükəsizliyi etibarlı şəkildə qorunur, həmçinin onların yaşadıqları yerlər nəzarətdə saxlanılır: “Daxili İşlər Nazirliyi bu istiqamətdə üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlir”.
11 Fevral, 2011 19:01 ⁄ Baxılıb: 1522
Bu bölmədə17 Aprel, 2024 İlham Əliyev qəbul keçirdi14 Mart, 2024 Erməni qoşunları bu kəndlərdən çıxarılır |