Simsar.az | bizi özünüzə Simsar bilin
Sahibsiz heyvanlar yığışdırılacaq

Yiyəsiz it-pişiklərin sığınacaqları olacaq.

Bakı küçələrində sahibsiz heyvanların sayı çoxalmaqda davam edir. Sahibsiz itlər arasında quduzluğa tutulmuşlar da ola bilər. Eyni zamanda, sahibsiz it-pişiklərlə bağlı problemin həlli üçün müxtəlif yollar var ki, onlardan biri də yiyəsiz dördayaqlılar üçün xüsusi sığınacaq-bəsləmə məntəqələridir.

"Öz iti və ya pişiyini küçəyə atan şəxs 10 min avro məbləğində cərimə olunur"

Məsələn, Tükiyədə küçələrədə yaşayan və ya sahibləri tərəfindən atılmış heyvanlar üçün sığınacaqlar var. Avropanın bir çox ölkələrində heyvanların hüquqlarını müdafiə edən qanunlar qəbul edilib. Almaniya Konstitusiyasına görə, əgər heyvanlara çəkilişlər əziyyət verərsə, onların kinoya çəkilməsi qəti qadağandır.

Avstriyada hətta cücələri sıx qəfəsdə saxlamaq, itlərin quyruğunu yaxud da qulağını kəsmək, mal-qaranı sıx iplə bağlamaq da qanun pozuntusu hesab edilir. Qanuna görə, şir və digər yırtıcıları sirkdə saxlamaq olmaz. Bu ölkədə itləri zəncirləmək də qadağandır. Qanunun tələblərini pozan avstriyalıları 15 min dollara qədər cərimə gözləyir. İtaliyada öz itini, ya da pişiyini küçəyə atan şəxslər məsuliyyət daşıyırlar. Bu cinayəti törədən şəxsi ya 10 min avro məbləğində cərimə, ya da 1 ilik həbs cəzası gözləyir.

Azərbaycanda isə sahibsiz heyvanlarala bağlı məsələ aktual problemlərdən biri olaraq qalır. Həmin it-pişiyə ya sahib çıxılmalı, ya da başqa vasitələrlə onların küçələrdən yığışdırılmasına nail olmalıyıq. Bəs ölkəmizdə bunun üçün hansı addımlar atılmalıdır? Sahibsiz heyanları kimlər qorumalıdır?

Bakıda sahibsiz heyvanların sığınacağı olacaq

Nəhayət, Azərbaycanda da sahibsiz heyvanlara sahib çıxan taplıb. “Canlı Ailənin Mühafizəsi” Alyansına sahibsiz heyvanların qorunması üçün Maştağa qəsəbəsində xüsusi yer ayrılıb. Orada heyvanlar üçün kiçik yuvalar da qurulub. Alyansın rəhbəri Mənsurə Rəsulzadə Milli.Az xəbər portalına açıqlamasında bildirdi ki, məsafə uzaq olduğunda heyvanları həmin əraziyə çatdırmaq çətindir. “İlk olaraq heyvanlar üçün klinika yartamağa çalışırıq və o klinikanın layihəsini də hazırlayırıq. Sabunçu rayonunda Balaxanı qəsəbəsində icra hakimiyənin balsında xüsusi yer var. İstifadəsiz qalmış həmin ərazini biz klinika edə bilərik. Klinika şəhərdən çox uzaqda olmamalıdır. Çünki heyvanların əsas problemləri əhalinin çox sıx yaşayş yerlərdədir”, - M.Rəsulzadə dedi.

Sahibsiz it-pişiklər evlərə veriləcək

M.Rəsulzadə humanist işlərinin həyata keçirilməsi üçün rəsmi qurumlara müraciət etdiyini bildirdi: “Dövlət Baytarlıq Xidməti ilə danışıqlar aparmışıq. Müavilə bağlamalıyıq, müəyyən yer ayırılmalıdır. Orada heyvanların götürüləcək Bu könnüllər tərəfindən həyata keçiriləcək. İctimai əsaslarıla heyvanlar toplanıb həmin yerə gətiriləcək. Sanitar risklərin qarşısını almaq üşün əlaqələr qurulacaq. Baytarlar, peyvəndlər və anesteziya preparatları da alacağıq. Eyni zamanda, yısırlama yolu ilə heyvanların populyasiyana da nəzarət etməyə çalışacağıq. Klinikaya toplanacaq heyvanlar bala vaxtından nəzarətimiz altında olacaq. Sağlam vəziyyətə saldıqdan sonra onları vermək üçün ailələr axtaracağıq. Bu bir proqram şəklində işlənib hazırlanır".

İt öldürüb çörəkpulu qazanırlar

Alyans rəhbəri Mənsurə Rəsulzadə bildirdi ki, sahibsiz heyvanlara qarşı mübarizə sahəsində Azərbaycanda qəddar və sivil olmayan üsullar tətbiq olunur. Bu istiqamətdə fəaliyyət göstərən idarə heyvanlara qarşı qəddarlıq göstərir. Əsas problemlərdən biri də elə sahibsiz heyvanlarla bağlı problemi həll edən strukturun işini düzgün həyata keçirməməsidir. Onun sözlərinə görə, bu işlə məşğul olan struktur problemin həllini heyvanları öldürməklə həll edir, bu yolla çörəkpulu qazanırlar: “Bu adamlar fərqində deyillər ki, ailəsinə qanlı çörəkpulu aparırlar. Humanistcəsinə davranmaq əvəzinə onlar daha qısa, daha gəlirli yolu seçirlər. Bizim şəhərdə səhər erkəndən vurulan heyvanın çığırtılarının səsinə oyanmaq mümkündür”.

Alyans rəhbəri deyir ki, sahibsiz heyvanlarla bağlı dünyada özünü doğrultmuş yol var: “Biz də bu işi öz qüvvəmizlə, xeyirxahlıq naminə, respublikamızın imicini qaldıran yolla həyata keçiririk. Məqdəsimiz isə konvensiyasının tələbinə uyğu həyata keçirməkdir. 2007-ci il mayın 31-də heyvanlarla bağlı konvensiya Milli Məclis tərəfindən təsdiqlənmişdi. Konvensiyanın müddəlarına görə, istisna halları çıxamaqla heyvanlarla qanunsuz rəftar qəbuledilməzdir. Konvensiyada metodlar göstərilir ki, heyvanlara qarşı qısırlama edilə bilər, bir halda isə eftonasziya ola bilər”.

"Heyvanın harayı bizə insan taleyini xatırladır”

M.Rəsulzadə hesab edir ki, rəhbərlik etdiyi alyans konvensiyadan irəli gələn işləri həyata keçirmək üçün texniki tərəfdən çox hazırdır: “Bu işləri mənəvi sarsıntımızın qarşısını alamaq üçün ürəyimizin istəyi ilə edirik. Bütün günü küçələrdə çağırışlara gedib heyvanları xilas edirik. Təkcə, ötən il 300-ə qədər heyvan xilas etmişik. Bala heyvanları yığırıq, böyükləri ələ öyrədir, xəstəliyi olanları müalicə edirik. Xilas etdiyimiz pişiklərin sayı isə 500-dən çoxdur. Heyvanları xilas etmək, onların müalicəsi üçün dərmanlar almaq öz ailə problemlərimizdən üstün tutulur. Canlı heyvanın harayı bizə insan taleyini xatırladır”.

"Bilizrsiniz nə qədər adamı it qapıb?

Bakı Şəhər İcra hakimiyətinin Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsi isə Mənsurə Rəsulazadənin ittihamları iə razılaşmır. İdarənin şöbə müdiri Əhməd Məmmədov Simsar.Az xəbər portalının əməkdaşı ilə söhbətində bildirdi ki, qurum sahibsiz heyvanlarla bağlı problemləri heç də dördayaqlıları öldürmək vasitəsilə həll etməyə çalışmır. 
Ə. Məmmədov bildirdi ki, idarənin əməkdaşları küçə reydləri zamanı yalnız xəstə heyvanları öldürürlər: “Qeyri-hökumət təşkilatları arasında bəziləri isə bizim yalnız sahibsiz itləri öldürməklə məşğul olduğumuzu deyirlər. Halbuki bu, belə deyil. Heş bilirsiniz Bakıda sahibsiz itlərin sakinləri dişləməsi ildə bağlı nə qədər hallar olur?! Sakini it dişləyirsə, həmin köpək tutulur və baytar müayinəsinə məruz qalır. Məqsəd o itin quduz olub-olmadığını müəyyənləşdirməkdir. Hərgah itğin quduz olduğu aşkarlanarsa, həmin heyvan məhv edilir".

Kənd Təsərrüffatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli isə Simsar.Az xəbər portalına açıqlamasında bildiridi ki, bu il ərzində ölkə ərazisində 35 yaxın it dişləmə hadisəsi qeydə alınıb. 
"O heyvanlar tutulur və baytar müayinəsindən keçirilir. Onu da deyim ki, Baytarlıq Xidmət sahibsiz heyvanları peyvənd etmək niyyətində deyil. Sadəcə, Baytarlıq Xidməti tərəfindən bəzi layihələr həyata keçirilir. Vəhşi və ya yırtıcı heyvanlara oral yolla, yəni tərkibində peyvənd olan yemlər verilə bilər. Gələcəkdə belə yolun tətbiqini də istisna etmirik", - Y.Xanvəli dedi.

11 Fevral, 2011  18:43 Baxılıb: 2169

Bu bölmədə