Ramiz Həsənov: “Desək ki, bizdə korrupsiya olmur, yalan olar”
Bu gün Standartlaşma, Patent və Meterologiya Komitəsinin sədri Ramiz Həsənov mətbuat konfransı keçirilib. O 2010-cu ilin yekunları ilə bağlı məlumat verib. R. Həsənov deyib ki, Komitə 2010-cu ildə 2146 təsərrüfat obyektində yoxlama aparılıb. Bunlardan 148-i istehsal sahəsində, 929-u ərzaq, 552-si isə qeyri-ərzaq istehsal sahəsində aparılıb. Yoxlama zamanı 344 müəssisədə nöqsanlar aşkar edilərək iradnamə və tələbnamələr verilib, 47 müəssisə barəsində inzibati xəta haqqında protokol tərtib edilib və qərar qəbul olunub. Həmin müəssisələr iki yüz iyirmi yeddi min beş yüz manat cərimə olunub. Ümumilikdə 1048 kq, 30 litr, 1 milyon 854 min 759 ədəd müxtəlif çeşidli ərzaq və qeyri-ərzaq məhsıullarının satışına qadağa qoyulub. Bunlardan 191 kq-ı mənşəyi məlum olmayan, 450 kq-ı saxlama müddəti bitmiş, 200 kq-ı isə normativ sənədlərə uyğun olmayan məhsullar olub.
11 Fevral, 2011 18:33 ⁄ Baxılıb: 3207
Bu bölmədə17 Aprel, 2024 İlham Əliyev qəbul keçirdi14 Mart, 2024 Erməni qoşunları bu kəndlərdən çıxarılır19 Fevral, 2024 Prezident İlham Əliyev Türkiyədə səfərdədir |