Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycanda avtomobillərin qiyməti ucuzlaşacaq?

«Bu ilin yanvar-fevral aylarında Azərbaycanın avtomobil bazarında passivlik müşahidə olunur».

Bunu «Əmlak bazarı iştirakçıları» İctimai Birliyinin icraçı direktoru Ramil Osmanov bildirib. Onun fikrincə, bu, işlənmiş maşınlara kredit verilməsinin dayandırılması və bir sıra digər faktorlarla bağlıdır.
«Ötən ilin dekabrı ilə müqayisədə bu ilin yanvarında avtomobillərin qiymətində nə artım, nə də azalma müşahidə olunub. Fevralın sonlarında isə qiymətlərdə enmənin olması mümkündür. Bizdə olan məlumata görə, Azərbaycana gətirilən avtomobillərə görə gömrük rüsumu bir qədər azaldılıb. Düşünürəm ki, bu fakt işlənmiş maşınların qiymətinə təsirini göstərə bilər», - deyə R.Osmanov bildirib.

11 Fevral, 2011  18:02 Baxılıb: 1661

Bu bölmədə