Xarici ölkələrdə verilmiş sürücülük vəsiqəsi ilə Azərbaycanda maksimum bir il maşın sürmək olar
Xarici ölkələrdə sürücülük vəsiqəsi almış vətəndaşlar Azərbaycan ərazisində 1 ildən sonra yenidən bu sənədi almalıdırlar. Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Trend-ə bildirib ki, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən beynəlxalq standartlara uyğun verilmiş və etibarlılıq müddəti qurtarmamış sürücülük vəsiqələrinin Azərbaycan ərazisində etibarlılıq müddəti 1 ildir. Şöbə rəisi deyib ki, “Avtomotonəqliyyat vasitələrini və onların qoşqularını idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi qaydaları haqqında” təlimatın tələblərinə uyğun olaraq, həmin vətəndaşlar bu müddət başa çatdıqdan sonra yenidən sürücülük vəsiqəsi almalıdırlar.
11 Fevral, 2011 16:57 ⁄ Baxılıb: 3465
Bu bölmədə24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək18 Aprel, 2024 Ağcabədi rayonunun 110 min manatlıq yolu... FOTO |