Simsar.az | bizi özünüzə Simsar bilin
“Cine5” telekanalı ərəblərin oldu

Qətərin “Əl Cəzirə” telekanalı Türkiyənin “Cine5” televiziyasını satın alıb.

Milli.Az xəbər portalı “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, Qətər telekanalının 40 milyon 400 min dollarlıq təklifi bəyənilib. “Cine5” telekanalı satışa 40 milyon dollarlıq ilkin qiymətlə satışa çıxarılmışdı. “Əl Cəzirə” əvvəlcə 21 milyon dollar təklif etsə də, məbləğin azlığı üzündən sövdələşmə baş tutmamışdı. Nəhayət, fevralın 4-də ərəblər təklif edilən məbləği 40 milyon 500 dollaradək artırdı.

“Əl Cəzirə” nümayəndələri bidiriblər ki, bu telekanalın Türkiyədə yayımlanması dünyadakı hadisələrin birinci əldən, arada vasitəçi olmadan ötürülməsinə imkanı verəcək. Bundan başqa, Türkiyədə baş verən hadisələr “Əl Cəzirə”nin bütün dünyadakı 1 milyarddan artıq tamaşaçısına birbaşa çatdırılacaq.

Qeyd edək ki, ərəb dilində ada mənasını verən “Əl Cəzirə” telekanalının mərkəzi Qətərdə yerləşir. 1996-cı ildə Qətər əmirinin 150 milyon dollarlıq maliyyə dəstəyi ilə yaradılıb. Telekanal həyata keçirdiyi yayımlar, xüsusilə, “Əl Qaidə” lideri Üsamə bin Ladenin videogörüntülərini və açıqlamalarını yaymaqla dünyanın diqqət mərkəzinə gəlib. “Əl Cəzirə” xüsusilə ABŞ-dakı 11 sentyabr terror hadisələrindən sonra məşhurlaşmağa başlayıb.

11 Fevral, 2011  16:53 Baxılıb: 1696

Bu bölmədə