Simsar.az | bizi özünüzə Simsar bilin
Ermənistan müxalifəti: «Baş prokuror pornobizneslə məşğuldur»

WikiLeaks saytında Ermənistanla bağlı yer almış son məlumatlarla əlaqədar olaraq, müxalifətçi Erməni Milli Konqresi (EMK) xüsusi bəyanat verib.

Milli.Az xəbər portalının «Armenia Today»a istinadən verdiyi məlumata görə, Ermənistanda ağır sosial durumla əlaqədar narkotika və insan alverinin geniş vüsət aldığını WikiLeaks-in də təsdiqlədiyini xatırladan EMK hesab edir ki, bu işlər dövlət səviyyəsində həyata keçirilir.

Xatırladaq ki, saytda yer almış məlumatlarda Ermənistanda ağır sosial durumla əlaqədar olaraq, valideynlərin 11-12 yaşlı qızlarını fahişəliyə cəlb etdikləri bildirilir.

«Saytın yazdıqları göstərir ki, Ermənistan dövlət səviyyəsində, baş prokurorun simasında narkotik ticarəti və pornobizneslə məşğuldur.

Parlament və prezident Serj Sarkisyan bu biabırçılıqdan sonra baş prokuror Aqvan Ovsepyanı dərhal istefaya göndərməzsə, onun barəsində cinayət işi açılmazsa, demək, onlar da Ovsepyanın cinayətlərinə görə məsuliyyəti üzərlərinə götürürlər», - deyə müxalifətin bəyanatında bildirilir.

11 Fevral, 2011  16:26 Baxılıb: 1677
Teqlər :

Bu bölmədə