Simsar.az | bizi özünüzə Simsar bilin
Bu gün Moskvada radikallarla qafqazlılar toqquşa bilər

Moskva milisi radikalların kütləvi aksiyaya hazırlaşması ilə bağlı tədbirlər görməyə başlayıb.

Milli.Az xəbər portalının «İnterfaks»a istinadən verdiyi məlumata görə, ötən ilin dekabrında Moskvanın «Spartak» klubunun azarkeşinin qafqazlı tərəfindən qətlə yetirilməsindən sonra yaradılmış «11 dekabr» radikal hərəkatı bu gün Manej meydanında aksiya keçirəcəyini bəyan edib. Milis isə hesab edir ki, radikallar son anda aksiyanın marşrutunu dəyişə bilər.

Artıq Moskva milisinin şəxsi heyəti gücləndirilmiş rejimdə işləyir. Şəhərin mərkəzinə əlavə qüvvələrin göndərilməsi nəzərdə tutulub. Onları xüsusi təyinatlılar da dəstəkləyəcək. Metroda, əhalinin sıx olduğu digər yerlərdə nəzarət gücləndirilib.

Vəziyyəti qəlizləşdirən daha bir məqam Şimali Qafqazdan olan insanların da Moskvanın mərkəzində aksiya planlaşdırmasıdır. Qafqazlılardan ibarət bir neçə təşkilat bu gün «Rusiya torpağında faşizmə yox deyirik» şüarı ilə aksiya keçirməyi, naməlum əsgərin abidəsi önünə əklil qoymağı planlaşdırır.

11 Fevral, 2011  16:03 Baxılıb: 1702
Teqlər :

Bu bölmədə