Simsar.az | bizi özünüzə Simsar bilin
İran müxalifəti xalqı küçələrə çıxmağa çağırdı

İran müxalifətinin liderlərindən olan Mehdi Kərrubi bu həftənin sonunadək ev dustağı edilib.

Milli.Az xəbər portalının «Azadlıq» radiosuna istinadən verdiyi məlumata görə, bu dövrdə Kərrubinin evinə onun həyat yoldaşından başqa heç kim buraxılmayacaq. Buna səbəb onun digər müxalifət lideri Mirhüseyn Musəvi ilə birlikdə İran xalqını bazar ertəsi küçələrə çıxmağa, Misir və Tunisdəki nümayişçilərə dəstək aksiyası keçirməyə çağırmasıdır.

Hökumət indidən aksiyaya icazə verilmədiyini bəyan edib.

11 Fevral, 2011  15:56 Baxılıb: 1539

Bu bölmədə