Simsar.az | bizi özünüzə Simsar bilin
Mübarəkin sarayına yürüş başladı

Bu dəqiqələrdə yüz minlərlə insan Qahirədə Prezident Sarayına doğru yürüş edir. 

Kütlənin Prezident Sarayının yerləşdiyi Masr əl-Qadid kvartalında qarşısını almaq səyləri nəticə vermir. 

Kütlənin məqsədi Prezident Sarayını ələ keçirməkdir. Ordu rəhbərliyinin də bu saatlarda yeni bəyanatla çıxış edəcəyi gözlənilir.

Qeyd edək ki, bu gecə televiziya ilə xalqa müraciət edən Hüsnü Mübarək səlahiyyətlərini vitse-prezident Ömər Süleymana təhvil verdiyini, ancaq prezident seçkilərinin keçiriləcəyi sentyabr ayına qədər öz postunda qalacağını bəyan edib. O, ölkədə demokratik Konstitusiya islahatlarının da keçiriləcəyini söyləyib.

Ancaq bu çıxış prezidentin dərhal istefasını tələb edən xalq kütlələrini razı salmayıb. MAQATE-nin keçmiş rəhbəri Məhəmməd əl-Baradeyi ordunu ölkəni qan tökülməkdən xilas etməyə çağırıb. ABŞ prezidenti Barak Obama isə Misir hakimiyyətini öz xalqına və dünyaya demokratiyaya keçid məsələsində ciddi olduğunu nümayiş etdirməyə çağırıb.

11 Fevral, 2011  15:17 Baxılıb: 1590

Bu bölmədə