Simsar.az | bizi özünüzə Simsar bilin
Pakistanda məktəbli yeniyetmə hərbi hissəni partladıb

İntihar hücumu 31 əsgərin həyatına son qoyub.

Milli.Az xəbər portalı "Amerikanın səsi"nə istinadən bildirir ki, Pakistanın ordu rəsmiləri deyir ki, intiharçı Mardan şəhərində hərbi obyektə hücum edərək 31 əsgərin həyatına son qoyub.

Rəsmilərin sözlərinə görə, yeniyetmə intiharçı məktəb formasında olub və bombanı partlatmamışdan əvvəl obyektə daxil olub. Hücum zamanı səhər idman məşğələsində iştirak edən 40 əsgərin də yaralandığı bildirilir. Regionda təhlükəsizlik qüvvələrinə qarşı bir çox hücumlar həyata keçirən Pakistan talibançıları bu partlayışın məsuliyyətini öz üzərinə götürüb.

11 Fevral, 2011  02:32 Baxılıb: 1538

Bu bölmədə