Simsar.az | bizi özünüzə Simsar bilin
Sabah Qahirədə çoxmilyonlu mitinq gönlənilir

Artıq Təhrir meydanına 400 minə yaxın insan toplaşıb.

Misir prezidentinin əleyhdarları sabah paytaxt Qahirənin altı bölgəsində eyni zamanda kütləvi aksiyalar keçirməyə hazırlaşır. APA-nın məlumatına görə, müxalifət aksiyaları müxtəlif nöqtələrdə keçirmək qərarını aksiyalara qatılan insanlarının sayının dəfələrlə artması, Təhrir meydanının aksiya üçün əlverişsiz olması ilə əsaslandırıb. Cümə günü keçiriləcək aksiyalara başqa şəhərlərdən də on minlərlə insanın qatılacağı gözlənilir. Ümumilikdə aksiyalara bir neçə milyon insanın qatılacağı proqnozlaşdırılır. Hələlik aksiyaların keçiriləcəyi yerlər açıqlanmayıb, lakin kütləvi etiraz tədbirlərindən birinin Misir parlamentinin qarşısında keçiriləcəyi dəqiqləşib. Aksiyalara həmkarlar ittifaqlarının nümayəndələri də qatılacaqlar. Artıq hüquqşünaslar və tibb işçiləri kütləvi şəkildə Təhrir meydanına doğru hərəkət etməyə başlayıb. Hazırda Təhrir meydanında bir neçə yüz min insanın toplaşdığı bildirilir.

Misir rəhbərliyi isə president Hüsnü Mübarəkin öz postunu sentyabra kimi tərk etməyəcəyini bir daha bəyan edib. Misir Xarici İşlər Nazirliyindən bildiriblər ki, xarici dövlətlərin Misir prezidentini hakimiyyəti dinc üsulla təhvil verməyə çağırması ölkənin daxili işlərinə müdaxilə etmək deməkdir.

11 Fevral, 2011  01:11 Baxılıb: 1629
Teqlər :

Bu bölmədə