Simsar.az | bizi özünüzə Simsar bilin
Elmar Məmmədyarov Avropa Parlamentinin üzvləri ilə görüşüb

İvo Vaygel və Pino Arlaççi Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildiriblər

Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Avropa Parlamentinin üzvləri İvo Vaygel və Pino Arlaççini qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə Avropanın enerji təhlükəsizliyi, Azərbaycan ilə Avropa Birliyi arasında Şərq Tərəfdaşlığı çərçivəsində proqramların həyata keçirilməsində əməkdaşlığın genişləndirilməsinin vacib olduğu vurğulanıb.

Avropa Parlamentinin üzvləri Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini qeyd ediblər. Elmar Məmmədyarov Avropa Parlamentinin üzvlərinə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində tərəflər arasında aparılan danışıq prosesi barədə məlumat verib.

Görüş zamanı bir sıra qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb.

10 Fevral, 2011  23:14 Baxılıb: 1531

Bu bölmədə