Simsar.az | bizi özünüzə Simsar bilin
Saatların çəkilməsi insan orqanzminə mənfi təsir göstərir

İldə iki dəfə saatların çəkilməsi insanın səhhəti üçün arzuolunmazdır və onun psixi enerjisinin boş yerə xərclənməsinə səbəb olur. Psixoanalitik Elmir Əkbər belə hesab edir.

"Saatların çəkilməsi insanın psixi enerjisinin itməsinə səbəb olan amillərdən biridir ki, bu da stressin yaranmasına gətirib çıxarır. Bu, həmçinin insanın neyrofiziologiyası üçün stress faktorudur", Əkbər Simsar.az-a deyib

İnsan orqanizmi gün işığına əsaslanan daxili bioloji saat üzrə işləyir, o, əlavə edib. Onların ritmi saatların çəkilməsi zamanı azalır.

Qeyd edək ki, Rusiya artıq qış və yay vaxtını tətbiq etməyəcək. Bu addım insanların səhhətinə qayğı ilə əlaqədar atılıb. Ölkə 30 illik saat çəkilmələri ənənəsindən imtina edir.

Əkbərin sözlərinə görə, Azərbaycanda vətəndaşların çoxu çətinliklə yeni vaxta uyğunlaşa bilir, əksər insanların uyğunlaşma dövrü bir gündən bir həftəyə qədər davam edə bilər.

Qeyd edək ki, yay vaxtına keçid 1997-ci il martın 17-dən Azərbaycan Nazirlər Kabinetinin 21 saylı qərarına əsasən həyata keçirilir.

Qərarın həyata keçirilməsinə nəzarət Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə həvalə olunub.

Azərbaycanda həmin prosedurun ləğvi barədə məsələ hələ müzakirəyə çıxarılmayıb.

10 Fevral, 2011  22:27 Baxılıb: 1824

Bu bölmədə