Simsar.az | bizi özünüzə Simsar bilin
İrlandiya aeroportunda təyyarə qəzası: 6 ölü

Bu gün İrlandiyanın Kork şəhərindəki eyni adlı hava limanında təyyarə qəzası baş verib.

Qəza dumanlı havada təyyarə yerə enərkən baş verib. 

Təyyarənin ilk eniş cəhdi uğursuz olub və təyyarə ikinci dəfə dövr edib. İkinci dəfə enməyə çalışan hava gəmisi yerə çırpılıb. Təyyarə yerə çırpılan zaman partlayış baş verib, güclü yanğın başlayıb. Qəza nəticəsində 6 nəfər həyatını itirib, 6 nəfər yaralanıb. İrlandiyanın RTE telekanalı isə 8 nəfərin öldüyü barədə xəbər yayıb.

“Manx2” şirkətinə məxsus olan təyyarə Belfast-Kork reysi ilə uçub. Təyyarədə 10 sərnişin və 2 pilot olub.

10 Fevral, 2011  22:17 Baxılıb: 1587

Bu bölmədə