Simsar.az | bizi özünüzə Simsar bilin
“Neftçi” daha 2 futbolçusunu icarəyə verdi

“Neftçi” klubu daha iki futbolçusunu icarəyə verib.

Bunlar hücumçu Fərid Quliyevlə müdafiəçi Tural Nərimanovdur. 

Quliyev əvvəlcə flaqmanla müqavilə müddətini 2012-ci ilin iyulunadək uzadıb. Sonra isə o, Zaqatalanın “Simurq” klubuna mövsümün sonunadək kirayələnib. Nərimanov isə bu müddətdə MOİK-in sərəncamında olacaq. “Neftçi”də əsas heyətə düşməkdə çətinliklə üzləşən hər iki futbolçu oyun praktikası qazanmaq üçün icarəyə verilib.

Qeyd edək ki, daha öncə Eşqin Quliyev, Orxan Həsənov, Slavik Alxazov və Ruslan Tağızadə I divizionda çıxış edən “Abşeron”a icarəyə verilib.

10 Fevral, 2011  21:00 Baxılıb: 1653

Bu bölmədə