Simsar.az | bizi özünüzə Simsar bilin
İki butulka arağın qurbanı

Fevralın 9-da Sabirabad rayonunda bədbəxt hadisə baş verib.

Rayon Polis Şöbəsindən Simsar.az-a verilən məlumata görə, Sabirabad şəhəri Mikayıl Müşfiq küçəsi 14 ünvanında yaşayan 1973-cü il təvəllüdlü Əhmədov Sübhan Cavad oğlu həddindən artıq spirtli içki - araq qəbul edib.

Bu səbəbdən də o, elə fevralın 9-da dünyasını dəyişib.

Verilən məlumatda o da bildirilir ki, S.Əhmədov həmin gün iki yarım litrlik arağı təkbaşına boşaldıb.

Faktla bağlı ekspertiza təyin olunub. Araşdırma aparılır.

10 Fevral, 2011  20:45 Baxılıb: 1686

Bu bölmədə