Simsar.az | bizi özünüzə Simsar bilin
Aksiya keçirənlər cərimələnib

Daxili İşlər Nazirliyi İran Səfirliyi qarşısında keçirilən aksiya ilə bağlı məlumat yayıb.

Fevralın 9-da saat 11.00 radələrində İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin inzibati binasının qarşısında Azərbaycan Diaspora Komitəsinin 30-40 nəfər nümayəndəsi icazəsiz piket keçirməyə cəhd göstərib. Cəhdin qarşısı alınaraq onlardan 4 nəfəri Səbail RPİ-nin 9-cu Polis Bölməsinə gətirilib, xəbərdarlıq edildikdən sonra buraxılıb. Bundan sonra, saat 13.00 radələrində həmin komitənin 15-20 nəfər nümayəndəsi yenidən piket keçirməyə cəhd göstəriblər. Cəhdin qarşısı alınaraq 4 nəfər 9-cu Polis Bölməsinə gətirilib. Onlardan 3 nəfəri cərimə olunub, 1 nəfərinə isə xəbərdarlıq edildikdən sonra buraxılıb.

10 Fevral, 2011  19:50 Baxılıb: 2480

Bu bölmədə