Prezident "Xan bağı" -nın açılışında iştirak edib
Dövlət başçısı yenidənqurma işlərindən razılıq edib Azərbaycan prezidenti İlham Əliyev Gəncədə əsaslı yenidənqurma işləri aparılmış “Xan bağı” mədəniyyət və istirahət parkının açılışında iştirak edib. APA-nın məlumatına görə, prezident İ. Əliyev yaşı 300-dən çox olan “Xan bağı”nı gəzib, görülmüş işlərlə tanış olub. Ümumi ərazisi 7 hektar olan parkda müxtəlif ölkələrdən gətirilmiş ağaclar, dekorativ kollar əkilib. Burada iki fəvvarə, müasir işıqlandırma sistemi quraşdırılıb, Venesiya guşəsi yenidən qurulub, 350 yerlik yaşıl teatr inşa olunub. Xalq şairi Nigar Rəfibəylinin heykəli və Sovet İttifaqı qəhrəmanı İsrafil Məmmədovun qəbirüstü abidəsi də yeni görkəm alıb.
10 Fevral, 2011 19:02 ⁄ Baxılıb: 3305
Bu bölmədə26 Aprel, 2024 İlham Əliyev Berlindədir17 Aprel, 2024 İlham Əliyev qəbul keçirdi |