Meksikanın keçmiş prezidenti Uqo Çavesi narkokartellərlə əməkdaşlıqda ittiham edib
Meksikanın keçmiş prezidenti Visente Foks Venesuela lideri Uqo Çavesi ölkədə cinayətkarlığın artmasına səbəb olan Meksika narkokartelləri ilə əməkdaşlıqda ittiham edib. “Mənə elə gəlir ki, Venesuela prezidenti Çavesin qitənin şimalına narkotik maddələrin ötürülməsinə qarşı hərəkətsiz qalması narkokartel liderləri ilə, o cümlədən meksikalı narkokartellərlə əməkdaşlığından xəbər verir”,- deyə Foks cümə axşamı Dominikan Respublikasının paytaxt universitetində çıxış edərkən bəyan edib. Bu barədə SalamNews “RİA Novosti”yə istinadən xəbər verib.
10 Fevral, 2011 14:30 ⁄ Baxılıb: 1741
Bu bölmədə23 Aprel, 2024 Aİ İrana qarşı sanksiyalarını davam etdirir1 Mart, 2024 Zelenskinin Ermənistana səfəri baş tutmayacaq22 Noyabr, 2022 Putin Soltanovskiyi vəzifəsindən azad etdi25 Oktyabr, 2022 Britaniyanın yeni Baş naziri vəzifəsinin icrasına başladı |