Simsar.az | bizi özünüzə Simsar bilin
İran Sərhəd Polisinin rəhbəri Azərbaycana rəsmi səfərə gəlib

İran Sərhəd Polisinin rəhbəri general Hüseyn Zülfüqarinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdədir.

Bu barədə APA-ya İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Abbas İsgəndəri məlumat verib: “Səfər zamanı iki ölkə arasında sərhəd məsələləri və bəzi problemlər müzakirə ediləcək. Bu kimi görüşlər İran və Azərbaycan sərhəd xidmətlərinin rəhbərləri arasında tez-tez keçirilir. Görüşdə Xəzər dənizinin təhlükəsizliyi barədə müzakirələr olacaq”. 

A. İsgəndəri general Hüseyn Zülfüqarinin Azərbaycana Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyevin dəvəti ilə gəldiyini deyib. O, iranlı generalı keçirəcəyi görüşlərdə region ölkələri barədə də müəyyən müzakirələrin aparılacağını deyib. İranlı generalın Azərbaycanın yüksək vəzifəli şəxsləri ilə görüşü də gözlənilir.

9 Fevral, 2011  18:26 Baxılıb: 1693

Bu bölmədə