Polis cəbhəçiyə xəbərdarlıq etdi
AXCP Gənclər Komitəsinin üzvü Sumqayıt şəhər Baş Polis İdarəsinə çağırılıb AXCP Gənclər Komitəsinin üzvü və “Yüksəliş naminə” qəzetinin müxbiri Elçin Həsənov Sumqayıt şəhər Baş Polis İdarəsinə çağırılıb. Elçin Həsənov Azadlıq Radiosuna deyib ki, ilkin olaraq onunla rəis müavini Azər Cahangirov söhbət edib. Bildirilib ki, onu polis idarəsinə “Facebook” sosial şəbəkəsində adamları mitinqə çağırdığına görə dəvət ediblər. Elçin Həsənov deyir ki, o, AXCP üzvü Cabbar Savalanın həbsi ilə əlaqədar iki gün əvvəl Bakıda Heydər Əliyevin abidəsi önündə çıxış edərək gəncləri aksiyaya çağırıb.
9 Fevral, 2011 16:52 ⁄ Baxılıb: 1696
Bu bölmədə26 Aprel, 2024 İlham Əliyev Berlindədir17 Aprel, 2024 İlham Əliyev qəbul keçirdi |