Rəqsanədə xərçəng xəstəliyi tapıldı
Müğənni Rəqsanə xərçəng xəstəliyinə tutulub. O, 7 ildir başında inkişaf edən şişdən indi xəbər tutub. Müğənni öləcəyini düşünür. Rəqsanə bu gün Türkiyədə əməliyyat olunmaq üçün yola düşəcək. Bu barədə Rəqsanə Milli.Az xəbər portalına müsahibəsində deyib. Arıqlayıb 42 kilo qalan sənətçi həyatdan ümidini üzüb. O, qardaş ölkə Türkiyədə əməliyyata yollansa da, bunun ona kömək olmayacağını düşünür. Başına gələn bu vəziyyəti ilk dəfə danışan müğənni müsahibə zamanı göz yaşlarına hakim ola bilməyib: “Həkimlər başımda şiş aşkarlayıblar. Uzun illərdir o şiş inkişaf edirmiş, amma mənim xəbərim yoxdur. Həkimlər təzə müəyyən ediblər. Halım çox pisdir. Avtomobil qəzası keçirəndə başım silkələnib. O şiş də tərpənib və bərkiməyə başlayıb. Mənə elə gəlir ki, o, çox təhlükəlidir. Əslində belə düşünürəm ki, mən artıq sonuncu dəfədir müsahibə verirəm. Bircə qızlarımdan çox narahatam”.
9 Fevral, 2011 16:35 ⁄ Baxılıb: 1887
Bu bölmədə26 Aprel, 2024 Mahsun Kırmızıgül Bakıya gəlir22 Noyabr, 2022 Avroviziyada Türkiyə də səs verəcək21 Noyabr, 2022 Rəşad Dağlının ailəsindən müraciət21 Noyabr, 2022 Britni Spirs “Instagram” hesabını sildi1 Noyabr, 2021 Ləman: "Sənətimə qazanc mənbəyi kimi baxmıram..." |